Yanvar ayının ikinci həftəsində Gürcüstanda qripə yoluxma artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda ölkədə qrip virusuna yoluxma nisbəti hər 100 000 nəfərə 219 hal təşkil edir.
Onun sözlərinə görə, mövsümi qrip virusu səbəbindən xəstəxanaya yerləşdirilən insanların sayı 3% artıb.
A. Qmakrelidze qeyd edib ki, ölkədə B tipli qrip virusu üstünlük təşkil edir və bu virusa yoluxanların sayı xəstələrin 76% faizini təşkil edir.