İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur

İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur
# 19 yanvar 2018 15:04 (UTC +04:00)

İsmayıllı rayonunun Kürdmaşı kəndində son günlər ərzində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Kənd sakinləri Çərkəz Abdullayeva, Tünzalə İsmayılova, Mənsurə Cəfərova APA-nın yerli bürosuna bildiriblər ki, son 4 gündə onlara məxsus 150 baş ev quşu naməlum xəstəlik səbəbindən tələf olub.

Digər sağlam ev quşlarının tələf olmasının qarşısını almaq məqsədi ilə ölmüş quşlar dərmanlanaraq torpağa basdırılıb. Buna baxmayaraq, hazırda kənddə ev quşlarının tələfatı davam edir.

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsinə məlumat verilib, tələf olmuş quşlardan analiz və yoxlama üçün nümunələr götürülərək idarəyə göndərilib. Tələf olmanın səbəbi analizlərin nəticəsindən sonra aydın olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR