Dünən təxirə salınmış Bakı-London aviareysi bu gün yerinə yetiriləcək

Dünən təxirə salınmış Bakı-London aviareysi bu gün yerinə yetiriləcək
# 24 dekabr 2012 06:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən gün «British Airways» aviaşirkətinin Bakı-London marşrutu ilə təxirə salınan aviareys bu gün saat 20:30-da yerinə yetiriləcək. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, ötən gün «British Airways»in saat 20:30-da yerinə yetirilməsi planlaşdırılan 144 saylı Bakı-London aviareysi texniki səbəblərə görə təxirə salınıb: «Bu aviareys bu gün saat 20:30-da yerinə yetiriləcək. Belə ki, bu gün London-Bakı reysini yerinə yetirən və saat 19:30-da Bakıda enəcək «Airbus-321-200» təyyarəsi təxirə salınmış 144 saylı aviareys üzrə yenidən London istiqamətində havaya qalxacaq. Yəni, sözügedən aviareys üzrə uçuş başqa təyyarə ilə həyata keçiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR