Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir

 Bakıda GUAM Parlament Assambleyası Bürosunun iclası keçirilir
# 19 dekabr 2012 07:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, Büronun iclasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili, GUAM PA-nın üzvü olan ölkələrin nümayəndə heyətləri iştirak edir. Toplantıda GUAM PA-nın bu gün başlayacaq 5-ci yığıncağı ərəfəsində əsas əməkdaşlıq məsələləri müzakirə olunur.

GUAM Parlament Assambleyasının beşinci yığıncağında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR