Paşha Bank
Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi 32% azalıb

Bakı Fond Birjasının dövriyyəsi 32% azalıb
# 05 noyabr 2026 15:58 (UTC +04:00)

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalıb.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə birjanın ümumi ticarət dövriyyəsi 37 milyard 140,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 54 milyard 620,6 milyon manat olub.

Beləliklə, birjanın ticarət dövriyyəsi illik müqayisədə 17 milyard 480,1 milyon manat azalıb.

Hesabat dövründə repo əməliyyatlarının həcmi 43 milyard 655,4 milyon manatdan 28 milyard 667,3 milyon manata enib. Bu istiqamətdə azalma 15 milyard manat və ya 34,3% təşkil edib.

Dövlət qiymətli kağızları üzrə dövriyyə də 7 milyard 591,3 milyon manatdan 2 milyard 96,9 milyon manata düşərək 72,4% azalıb.

Bunun əksinə, Azərbaycan Mərkəzi Bankının notları üzrə dövriyyə 1 milyard 273,5 milyon manatdan 3 milyard 379,1 milyon manata yüksəlib. Korporativ qiymətli kağızlar üzrə dövriyyə isə 900,3 milyon manatdan 2 milyard 88,8 milyon manata çatıb.

Ümumi dövriyyənin azalmasına baxmayaraq, birjada bağlanan əqdlərin sayı əhəmiyyətli dərəcədə artıb.

2025-ci ilin ilk 10 ayında BFB-də 25 039 əqd bağlandığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 52 540-a yüksəlib.

Beləliklə, əqdlərin sayı 27 501 ədəd və ya 109,8% artıb.

Bununla yanaşı, bir əqdə düşən orta dövriyyə təxminən 2,18 milyon manatdan 706,9 min manata enib. Bu isə orta əqd məbləğinin 67,6% azalması deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR