Dünya bazarında qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib.
“APA-Economics” xəbər verir ki, Bakı vaxtı ilə saat 10:05-də “Comex”də qızılın dekabr fyuçerslərinin qiyməti 0,42% və ya 19,6 dollar artaraq bir unsiya üçün 4 700,2 ABŞ dollarına çatıb.
Qızılın spot qiyməti isə 0,99% və ya 45,67 dollar bahalaşaraq 4 648,74 dollar təşkil edib.
Qiymətli metal təkcə ötən həftə ərzində isə 5%-dən çox bahalaşıb.
Analitiklərə görə, qızılın bahalaşmasına ABŞ dollarının zəifləməsi əsas dəstək verib. Dollar ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alışını artırmaq planları fonunda çoxaylıq minimumlara yaxınlaşıb. Bazar iştirakçıları eyni zamanda ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun Cekson-Houlda gözlənilən çıxışını izləyirlər. ABŞ-İran münasibətlərində gərginliyin artması da təhlükəsiz aktiv kimi qızıla tələbi dəstəkləyir.