Bank Of Baku

Qlobal fond bazarlarında eniş davam edib

Qlobal fond bazarlarında eniş davam edib
# 11 sentyabr 2026 08:11 (UTC +04:00)

Qlobal fond bazarlarında əsas indekslər üzrə ucuzlaşma davam edib.

APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 316,56 bənd və ya 0,60% azalaraq 52 064,10 bəndə, “S&P” 500 44,66 bənd və ya 0,58% geriləyərək 7 591,70 bəndə, Nasdaq Composite isə 171,62 bənd və ya 0,65% azalaraq 26 081,72 bəndə düşüb. “NYSE Composite” 0,70% azalaraq 24 140,64 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,11% geriləyərək 35 506,28 bənd təşkil edib.

Avropada da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx” 50 0,67% azalaraq 6 268,97 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,57% geriləyərək 10 608,92 bəndə, Almaniyanın “DAX” indeksi 0,84% azalaraq 25 361,15 bəndə düşüb. Fransanın “CAC” 40 indeksi 0,49% azalaraq 8 116,76 bənd, İspaniyanın “IBEX” 35 indeksi isə 0,18% geriləyərək 19 659,80 bənd olub.

Asiya-Sakit okean regionunda eniş daha kəskin olub. Yaponiyanın Nikkei 225 indeksi 2,91% azalaraq 63 373,19 bəndə, “TOPIX” 0,98% geriləyərək 4 014,94 bəndə, Honq-Konqun Hang Seng indeksi 0,88% azalaraq 24 735,32 bəndə düşüb. Çinin “CSI 300” indeksi 1,59% azalaraq 4 476,18 bəndə, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 1,23% geriləyərək 8 710,50 bəndə enib.

Bazarlardakı enişə neftin kəskin bahalaşmasının inflyasiya narahatlıqlarını artırması və istiqraz gəlirliliyinin yüksəlməsi əsas təsir göstərib. “Brent”in 107 dolları ötməsindən sonra FED-in gələn həftə faiz dərəcəsini artıracağı gözləntiləri güclənib. Avropada isə Avropa Mərkəzi Bankının faiz dərəcəsini 25 baza bəndi artıraraq 2,5%-ə çatdırması səhmlərə əlavə təzyiq yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR