Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 28 avqust 2016 01:09 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. 29 yaşlı Şəki rayon sakinini ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 27-i saat 22 radələrində rayonun Yeni Çələbixan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Vasif Arif oğlu Zeynalov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Vasif Zeynalov yaşadığı kəndin ərazisində yolla piyada gedərkən ilanı tapdalayıb. İlan isə Vasif Zeynalovun sağ ayağının topuq nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Vasif Zeynalova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Vasif Zeynalovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR