Ukrayna Azərbaycana 3 dəniz üzərindən nəqliyyat dəhlizinin yaradılmasını təklif edib

Ukrayna Azərbaycana 3 dəniz üzərindən nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
# 01 iyul 2016 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasını təklif edib.


"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında deyib.

"Təklif Azərbaycan tərəfinə təqdim olunub. Söhbət nəhəng nəqliyyat dəhlizindən gedir. Bu dəhliz iqtisadi-ticari əlaqələrin genişləndirilməsində böyük rol oynayacaq", - deyə baş nazirin müavini bildirib.

G. Zubko əlavə edib ki, dəhlizin idarə olunması üçün vahid idarəedici orqan yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR