Türkmənistan prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Türkmənistan prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
# 04 fevral 2016 06:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Həsən Zeynalovun etimadnaməsini qəbul edib.

APA-nın Türkmənistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı H. Zeynalova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişafına diqqət çəkilib.

Bununla yanaşı, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətlərarası münasibətlərin iki qardaş xalqın maraqları çərçivəsində inkişaf edərək daha da genişlənəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR