Bank Of Baku

Daha 3 məktəb əyani tədrisə qayıdıb

Daha 3 məktəb əyani tədrisə qayıdıb
# 08 fevral 2022 09:11 (UTC +04:00)

Paytaxtdakı 100 və 102 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Həmçinin "Ankara məktəbi" məktəb-liseyi də bu gündən əyani tədrisə geri dönüb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR