Rusiyada baş vermiş yol qəzası nəticəsində 5 Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada baş vermiş yol qəzası nəticəsində 5 Azərbaycan vətəndaşı xəsarət alıb
# 14 avqust 2015 12:57 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Sızran-Saratov-Volqoqrad magistralının 197 kilometrliyində, Saratov vilayətinin Volsk rayonunda baş verib.

Mikroavtobusun sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib. Onların arasında üç qadın və bir körpə uşaq var. Yaralananların vəziyyətlərinin ağır olmadığı bildirilir.

İlkin məlumatlara görə, mikroavtobus Orsk-Bakı marşrutu üzrə hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR