Goranboyda yük avtomobili aşıb, yanacaq yola dağılıb

Goranboyda yük avtomobili aşıb, yanacaq yola dağılıb
# 29 noyabr 2016 08:24 (UTC +04:00)

Goranboyda yük avtomobili aşıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu, Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mazut daşıyan “DAF” markalı yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobildə olan mazut yol dağılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş gedir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR