Lənkəranda baş verən yanğın söndürülüb

Lənkəranda baş verən yanğın söndürülüb
# 08 avqust 2014 06:46 (UTC +04:00)

Bakı – APA. Lənkəran rayonu Şovu kəndində (rayon mərkəzindən 16 km aralı) "Hirkan" Milli Parkın ərazisində 10 ha sahədə kol-kos, ağaclar və qurumuş kötüklər yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Milli Parkın ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat avqustun 7-də 23.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimə APA-ya açıqlamasında bildirib ki, yanğın Hirkan Milli Parkının inzibati binasına yaxın bələdiyyə torpağında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR