Hüquq müdafiəçiləri bir sıra polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri bir sıra polis şöbələrində monitorinq keçiriblər
# 13 noyabr 2014 15:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov Biləsuvar, Salyan, Cəlilabad, Masallı və Lənkəran şəhər polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərlə görüşüblər: “Onların saxlanma şəraitindən və münasibətdən şikayətləri yoxdur. Lakin Masallı və Lənkəran şəhər polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılan şəxslərdən bir neçəsi məhkəmə və prokurorluq orqanlarından şikayət edərək işlərinə düzgün baxılmadığını söylədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR