Zaqatala sakini dərmandan zəhərlənib

Zaqatala sakini dərmandan zəhərlənib
# 12 dekabr 2014 09:19 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda dərmandan zəhərlənmə faktı baş verib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala şəhəri, Azərbaycan prospekti 39/1 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü, Aynur Ramazanəli qızı Abakarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 25 yaşlı Aynur Abakarova xeyli miqdarda dərman qəbul edib. Ailəli və bir övlad anası olan Aynur Abakarova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və ona lazımi ilkin tibbi yardım göstərilib.

Qadının dərmanları hansı məqsədlə içməsi ilə bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR