BMT-nin İnkişaf Proqramının administratoru Helen Klarkın Azərbaycana səfəri başlayıb - VİDEO

BMT-nin İnkişaf Proqramının administratoru Helen Klarkın Azərbaycana səfəri başlayıb - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2014 11:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Azərbaycana olan bu ilk səfərimə böyük ümidlərlə yanaşıram. BMT-nin İnkişaf Proqramı Azərbaycan müstəqillik qazandığı dövrdən burada fəaliyyət göstərir. Bu müddət ərzində göstərilən tərəfdaşlıq və dəstəyə görə minnətdarlığımızı bildiririk.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində BMT-nin ölkə üzrə proqramının yenilənməsi, habelə təşkilatın Azərbaycandakı İdarə Heyətinin formalaşması, Azərbaycanla əməkdaşlığının müzakirəsi həyata keçiriləcək.

"BMT Azərbaycanda ictimai xidmətlərin müasirləşdirilməsi, dayanıqlı inkişaf, qadınların səlahiyyətləndirilməsi, hüquqlarının bərabərləşdirilməsi kimi məsələlər ətrafında uzun müddət əməkdaşlıq edib. Bu səfər çərçivəsində sözsüz ki, qadın liderlərlə də görüşəcəyəm", - deyə H. Klark qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR