Əflatun Amaşov Brüsseldə səfərdədir

Əflatun Amaşov Brüsseldə səfərdədir
# 08 oktyabr 2014 13:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında iştirak üçün Brüsseldə səfərdədir.

Şuradan APA-ya verilən məlumata görə, sabahdan öz işinə başlayacaq toplantı iki gün davam edəcək.

Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prinsipləri, həmçinin qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı ilə yanaşı, Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin də illik toplantısı keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR