Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi? – SORĞU

Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi? –  <span style="color: red;">SORĞU
# 29 oktyabr 2014 15:03 (UTC +04:00)

Müsavat Partiyası başqanının müavini Elman Fəttah APA-ya deyib ki, partiya bələdiyyə seçkilərində iştirak edəcək: “Müsavat Məclisi bələdiyyə seçkilərində iştirakı tövsiyə edib. Hazırda partiyanın rayon təşkilatlarında seçkiyə hazırlıqlar davam edir”.

AMİP sədri Yusif Bağırzadə isə APA-ya bildirib ki, artıq bələdiyyə seçkilərində fəal iştirakla bağlı qərar verilib: “Biz hazırda bununla bağlı bir çox rayonlarda zona müşavirələri keçiririk. Seçkilərdə qələbə çalmaq əzmindəyik. Ümumiyyətlə, bələdiyyə seçkilərinə partiyada böyük əksəriyyət namizədliyini irəli sürmək niyyətindədir”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiyasının seçkilərdə iştirak edəcəyini və artıq bununla bağlı müvafiq sənədlərin MSK-ya təqdim etdiyini bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Elçin Mirzəbəyli seçkilərə qatılacaqlarını, lakin iştirak formasını Ali Məclisin növbəti toplantısında açıqlayacaqlarını deyib.

Vətəndaş Həmrəyli Partaysının Ali Məclisinin sədri Rafiq Manaflı deyib ki, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də seçkidə iştirak edəcəklərini qeyd edib.

VİP sədri Əli Əliyev isə seçkilərdə iştirak ehtimalının az olduğunu, bununla bağlı yekun qərarın gələn həftə açıqlanacağını vurğulayıb.

KXCP və Ümid Partiyası seçkilərdə iştirakla bağlı artıq qərar veriblər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, partiya bu seçkidə iştirak etmək niyyətində deyil: “Bu barədə partiyada hər hansı qərar yoxdur".

ADP isə maliyyə problemi ilə əlaqədar seçkidə iştirak etməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR