Nursultan Nazarbayevin “Avrasiyanın ürəyində” kitabı Azərbaycan dilində çap olunub

Nursultan Nazarbayevin “Avrasiyanın ürəyində” kitabı Azərbaycan dilində çap olunub
# 11 dekabr 2014 15:15 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Avrasiyanın ürəyində” kitabı Azərbaycan dilinə tərcümə olunub.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Mahmud Kaşqari fondunun təşəbbüsü və Qazaxıstan səfirliyinin dəstəyi ilə tərcümə edilən kitab Qazaxıstanın gənc paytaxtı Astana şəhərindən bəhs edir.

“Avrasiyanın ürəyində” N. Nazarbayevin Azərbaycan dilinə tərcümə olunmuş sayca üçüncü kitabıdır.

Kitabın təqdimatı dekabrın 15-də “Fairmont Baku” otelində keçiriləcək. Mərasimdə Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri, habelə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Dekabrın 16-da isə Qazaxıstanın ölkəmizdəki səfiri A. Jumabayevin mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR