“Bank VTB (Azərbaycan)” aktivlərini 65% artırıb

“Bank VTB (Azərbaycan)” aktivlərini 65% artırıb
# 13 oktyabr 2014 07:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin 8 ayının yekununda “Bank VTB (Azərbaycan)”ın aktivləri 249 mln. manat təşkil edib. Bu ilin əvvəlindən etibarən aktivlər 41 mln. manat və ya 20% artıb, 2013-cü ilin eyni dövrünə nisbətdə isə aktivlərin artımı 98 mln. manat və ya 65% təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 sentyabr 2014-cü il tarixinə bankının məcmu kredit portfeli 238 mln. manata çatıb. Ötən ilin eyni müddətinə nisbətdə kredit portfeli 99 mln. manat və ya faiz nisbətində 71% artıb. Bu zaman kreditlərin 53%-i biznes kreditlərin payına düşüb. Biznes kreditlər portfelində isə kiçik sahibkarlığa ayrılan kreditlər 32%, iri və orta sahibkarlığa ayrılanlar isə 21% təşkil edib.

Ümumi kredit portfelinin 47%-i istehlak kreditlərinin payına düşüb və istehlak kreditlərinin strukturunda əsas yeri avtokreditlər və nağd kreditlər tutub ki, bu iki məhsul üzrə müvafiq olaraq 28% və 14% kredit ayrılıb.

bankın məcmu kapitalı 1 sentyabr tarixinə 47 mln. manata çatıb. Ötən il 1 sentyabr tarixinə olan eyni göstərici ilə müqayisədə, məcmu kapital üzrə artım 52% və ya 16 mln. manatdır.

“2016-cı ilin sonuna “Bank VTB (Azərbaycan)” Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirmək niyyətindədir. Bu müddət ərzində ümumilikdə 20 yeni filialın açılışı planlaşdlırılır”, - deyə bankın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

Hesabat dövrünə bankın yalnız Bakıda olmaqla 9 filialı fəaliyyət göstərib. Yaxın günlərdə bankın Bakıda, Xırdalan və Sumqayıt şəhərlərində yeni filialları müştərilərin xidmətinə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR