Nazir müavini: “Məktəblərdə ayrıca din dərslərinin tədrisi Dövlət Strategiyasına daxil ediləcək səviyyədə məsələ deyil” - VİDEO

Nazir müavini: “Məktəblərdə ayrıca din dərslərinin tədrisi Dövlət Strategiyasına daxil ediləcək səviyyədə məsələ deyil” - <span style="color: red;">VİDEO
# 19 aprel 2014 10:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, Strategiya təhsilin inkişafı üzrə hədəfləri müəyyənləşdirir: “Strategiyanın tətbiqi ilə bağlı növbəti sənədlər qəbul olunacaq. Onlardan biri Strategiyaya əsaslanan Fəaliyyət Planıdır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra təhsilin hər bir sahəsi üzrə dövlət proqramları qəbul olunacaq”.

Nazir müavini onu da əlavə edib ki, hazırda məktəblərdə ayrıca din fənni tədris olunmur: “Ancaq bizim tədris planımızda ümumtəhsil məktəblərində “Həyat bilgisi” adlı fənn var. Bu fənn vasitəsilə həyatın müxtəlif sahələri ilə bağlı biliklər uşaqların yaş həddinə uyğun olaraq verilir. Orada da ümumilikdə müxtəlif dinlər barədə məlumatlar verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR