Poroşenko: "Minsk razılaşmalarına əməl olunmadığı halda, Ukraynada hərbi vəziyyət elan olunacaq"

Poroşenko: "Minsk razılaşmalarına əməl olunmadığı halda, Ukraynada hərbi vəziyyət elan olunacaq"
# 14 fevral 2015 15:49 (UTC +04:00)

Bakı - APA. Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarına əməl olunmadığı halda, ölkədə hərbi vəziyyətin elan olunacağına söz verib.

APA-nın "Unian" agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna lideri bildirib ki, səfərbərlik yalnız Luqansk və Donetsk vilayətlərində deyil, bütün ölkə ərazisində elan ediləcək.

"Sülh olmazsa, mən Ali Radaya ərazi bütövlüyümüzün təmin etməsini imkan verən mövcud qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini təklif edəcəm", - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR