Paytaxtda "VAZ" markalı avtomobil yanıb

Paytaxtda "VAZ" markalı avtomobil yanıb
# 21 yanvar 2014 19:50 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR