Yas mərasimində baş verən partlayışda xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB

Yas mərasimində baş verən partlayışda xəsarət alanların adları açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2013 11:29 (UTC +04:00)

Fizuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə “Qayıdış-1” qəsəbəsi, ev 73 ünvanında, Elmira Əmir qızı Quliyevaya məxsus evdə qeydə alınıb. Partlayış həmin ünvanda yerləşən yarımçıq tikilidə baş verib.

Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Mahnur Əhəd qızı Həsənova, 1963-cü il təvəllüdlü Fəxri Əbil qızı İbişova, 1982-ci il Gülgəz Nəcəf qızı Quliyeva, 1983-cü il təvəllüdlü Jalə Həsrət qızı Muradxanova, 1973-cü il təvəllüdlü Sahibə Xaləddin qızı Xaləddinova, 1968-ci il təvəllüdlü Zoya Cavanşir qızı Bayramova və 2007-ci il təvəllüdlü Amil Əli oğlu Quliyev xəsarət alıblar.

Polisdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində A. Quliyev və S. Xaləddinovanın vəziyyəti yüngül, qalan beş nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13.28

Bakı. Fuad Cəfərov - APA. Yas mərasimində qaz balonun partlaması nəticəsində 7nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Fizuli rayonunun “Qayıdış-1” qəsəbəsində qeydə alınıb.

Baş verən partlayış nəticəsində xəsarət alanlardan biri 6 yaşlı oğlan, qalan 6nəfər qadındır.

Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR