“Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” adlı beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

“Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” adlı beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 07:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Diplomatik Akademiyasında Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik ünsürlərindən azad etməsinin 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” adlı beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə tədbir ADA, Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

ADA-nın rektoru Hafiz Paşayev tədbirin təşkilini yüksək qiymətləndirib və konfransa uğurlar arzulayıb.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib ki, Azərbaycan və Türkiyə əsgərlərinin birgə savaşması iki xalq arasında qardaşlığın ən mühüm təzahürlərindən biri idi. Səfir həmin dövrdə baş verən hadisələrin gənc nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Səfirin çıxışından sonra tədbirə qatılan qonaqlar üçün Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində iştirakına və Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik dəstələrindən azad etməsinə həsr olunmuş film nümayiş etdirilib.

Filmin nümayişindən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycanın İrandakı hərbi attaşesi, polkovnik Mehman Süleymanov, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar və digərləri mövzuya dair təşkil olunan panellərdə çıxış edəcəklər.

Eyni zamanda qonaqlar üçün Qafqaz İslam Ordusuna həsr edilmiş kitablar da paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR