Azərbaycanda oğlunu boğaraq öldürən ananın apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Azərbaycanda oğlunu boğaraq öldürən ananın apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 01 oktyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində oğlunu boğaraq öldürən Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviçin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 28-də Nobel prospekti-7 ünvanında Usov Gennadi Andreyeviçin meyiti aşkarlanıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1998-ci il təvəllüdlü Usov Gennadi Andreyeviçi anası Çaadayeva Yelena Gennadyevna boğub. Belə ki, ana ona qarşı əxlaqsız hərəkətlər etməsinə görə oğlundan qisas almaq niyyətinə düşüb. Bunun üçün qeyri-rəsmi ər-arvad kimi yaşadığı Mereşkin Aleksandr Vasilyeviçlə qabaqcadan razılaşıb əlbir olaraq, noyabrın 28-də saat 01:00 radələrində yaşadığı evdə yatmış vəziyyətindən istifadə edib xalatının kəməri ilə oğlunu boğaraq öldürüb. Onlar daha sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə meyiti hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asıb, sonra isə evdən çıxararaq yaşadığı evin sol tərəfində tikintisi aparılan bünövrəyə atıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR