Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2013 10:41 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, bank, ticarət, təhsil, qida sənayesi, tikinti, neft-kimya, texnologiya, maliyyə və s. sahələri təmsil edən 100-dən çox şirkətin nümayəndələri iştirak ediblər.


Forum zamanı Azərbaycanın sosial-iqtisadi inkişafına dair iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib. Ş.Mustafayev daha sonra Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud olan əməkdaşlıq əlaqələri haqqında danışıb və ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyini qeyd edib.


Səudiyyə Ərəbistanı baş investisiya qurumunun sədri Əbdüllətif əl-Osman isə söyləyib ki, Azərbaycan tərəfi ilə müəyyən danışıqlar aparılacaq və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin yolları müzakirə ediləcək. «Azərbaycanın neft-kimya sənayesi, emal sənayesi, turizm sahəsi investisiya qoyuluşu baxımdan bizim üçün cəlbedicidir. Lakin eyni zamanda ictimai-sosial sahələr də maraqlıdır. Həmin sahələri də inkişaf etdirmək istəyirik», - deyə Ə.Osman qeyd edib.


O, eyni zamanda əlavə edİb ki, iki ölkə arasında ticarət dövriyyəsi mövcud potensiala nisbətən çox azdır: «Bunu Azərbaycan və Səudiyyə Ərəbistanının real potensialı səviyyəsinə qaldırmaq istəyirik».


Bununla yanaşı, Ə.Osman azərbaycanlı iş adamlarını Səudiyyə Ərəbistanına da dəvət edib.

Qeyd edək ki, biznes forumun əsas təşkilatçısı qismində Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR