Bakı sakininin mənzildə meyiti tapılıb

Bakı sakininin mənzildə meyiti tapılıb
# 18 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildən meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən Topaeva Nadejda Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində N.Dmitriyevnanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:46-da başa çatıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı N. Dmitriyevnanın meyiti İsmayıl Qutqaşınlı küçəsi ev 5 mənzil 30 ünvanında aşkarlanıb. Meyitə ilkin baxış zamanı qadının xəstəlikdən ölməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR