Azərbaycanın xarici işlər naziri BMT baş katibinin müavini ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri BMT baş katibinin müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 09:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə nümayəndə Gyan Açarya ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Gyan Açarya az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr qrupu barədə məlumat verərək, rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb.

BMT baş katibinin müavini Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi uğurları nəzərə alaraq, təmsil etdiyi ölkələrin inkişafı üçün Azərbaycanın yardım imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı barədə məlumat verib. XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin bu istiqamətdə fəaliyyətindən söz açan E.Məmmədyarov az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrdə həyata keçirilən layihələrdə bu Agentliyin iştirak imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR