Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslərin əksəriyyətində artım qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, Honq-Konqun Hang Seng indeksi 139,46 bənd və ya 0,56% artaraq 24890,24 bəndə, Çinin “CSI” 300 indeksi 18,90 bənd və ya 0,42% yüksələrək 4526,30 bəndə çatıb. Avstraliyanın “S&P/ASX 200” indeksi isə demək olar dəyişməyərək 8731,20 bənd təşkil edib.
Yaponiyada son ticarət sessiyasında Nikkei 225 1,38% artaraq 65018,95 bənd, “TOPIX” isə 0,07% azalaraq 4091,14 bənd olub.
Regionda müsbət dinamikanı əsasən texnologiya və çip istehsalçılarının səhmlərinə tələbin artması, eləcə də neftin ucuzlaşması dəstəkləyib.