İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun fəaliyyəti bərpa olunub - YENİLƏNİB

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun fəaliyyəti bərpa olunub - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2014 14:34 (UTC +04:00)

İşçi qrupundan APA-ya verilən məlumata görə, qrupun tərkibinə Azərbaycan millət vəkilləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatların Azərbaycandakı nümayəndələri daxildir.

İclasda dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.

İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiq ediblər.

Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, bu məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.

***

saat 16.27

Bu gün İnsan Haqları üzrə İşçi Qrupun iclası keçirilib. Bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

Onun sözlərinə görə, iclasda əsasən təşkilati məsələlər müzakirə olunub: “İclasda işçi qrupun adının dəyişdirilməsi məsələsi müzakirə olundu. Qərara alındı ki, bundan sonra qrup İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlandırılsın. Qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçildilər. Biz təkliflər hazırlayacağıq və növbəti iclasda katibliyə təqdim edəcəyik”.

S. Qocamanlı iclasın keçirilməsini yüksək qiymətləndirib: “Bütün problemlər danışıq yolu ilə həll edilir. Artıq vətəndaş cəmiyyətinin nümayəndələri ilə dövlət qurumlarının nümayəndələri bir masa arxasında oturub problemləri müzakirə edirlər. Mən buna çox müsbət baxıram və ümid edirəm ki, fəaliyyətimiz davamlı olacaq”.

Xatırladaq ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR