Qubada məsciddən və mağazalardan oğurluq edən dəstə zərərsizləşdirilib

Qubada məsciddən və mağazalardan oğurluq edən dəstə zərərsizləşdirilib
# 07 iyul 2016 09:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR