İsrailin “Eurovision” təmsilçisi bəlli olub

İsrailin “Eurovision” təmsilçisi bəlli olub
# 13 mart 2013 14:36 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Bu ilin mayında Malmödə keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində İsraili təmsil edəcək ifaçı müəyyənləşib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, yarışmada İsraili Moran Mazor təmsil edəcək.

İsrail təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında “Rak bişvilo” (“Yalnız onun üçün”) mahnısını ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR