Azərbaycan yığması İtaliyaya uduzub

Azərbaycan yığması İtaliyaya uduzub
# 22 sentyabr 2014 07:47 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığın son mərhələsini İtaliya ilə yoxlama matçı ilə bitirib. Apasport.az saytının məlumatına görə, Romada baş tutan qarşılaşmalarda rəqib komandamıza 1 set belə güzəştə getməyib.

Sabah start götürəcək mundala ev sahibliyi edəcək İtaliya hər 2 görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.

Qeyd edək ki, D qrupunda yer alan komandamız artıq oyunların keçiriləcəyi Bari şəhərindədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR