Yaxın iki gündə hava şəraiti kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq

Yaxın iki gündə hava şəraiti kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq
# 03 may 2013 10:22 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Yaxın iki gündə ölkə ərazisindəki hava şəraiti kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proznozlar Bürosundan APA-ya verilən xəbərə görə, mayın 3-5-də Azərbaycan rayonlarında isti və əsasən yağıntısız və bəzi rayonlarda səhər saatlarında dumanlı hava şəraiti ehtimal edilir ki, bu da kənd təsərrüfatı bitkilərinin böyüməsi, səpin və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.

Qışlaqlarda səhər saatlarında ehtimal edilən dumanlar mal-qaranın otarılmasıni bir qədər çətinləşdirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR