Ötən il 30-a yaxın ölkədə Azərbaycan Mədəniyyət günləri keçirilib

Ötən il 30-a yaxın ölkədə Azərbaycan Mədəniyyət günləri keçirilib
# 06 mart 2013 12:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üçün illik yekunlarına dair hesabatında bildirilib. Hesabat dövründə son 10 ildə teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 dövlət proqramı, çoxsaylı sərəncam və fərman imzalanıb. Ölkədə 1500-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilib və Azərbaycan bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edib. Ötən il 30-a yaxın ölkədə Azərbaycan mədəniyyət günləri keçirilib.

Ötən müddət ərzində mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin inkişaf etdirilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi daim diqqət mərkəzində saxlanılıb, 8 yeni tarix-mədəniyyət ocağı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR