Ucarda zəncirvari qəzada 9 nəfər yaralanıb, 5-i bir ailənin üzvləridir-SİYAHI-YENİLƏNİB

Ucarda zəncirvari qəzada  9 nəfər yaralanıb, 5-i bir ailənin üzvləridir-<font color=red>SİYAHI-YENİLƏNİB</font>
# 03 noyabr 2012 18:35 (UTC +04:00)
Maşınlardan biri yol kənarındakı səyyar satış məntəqəsini də dağıdıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb, onlardan birinin vəziyyəti çox ağır olduğundan hadisə yerindən təcili tibbi yardım maşını ilə Bakıya yola salınıb.

Digər yaralılar isə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Onlar 1988-ci il təvəllüdlü Ucar rayon sakini Ağabalıyev Namiq Vaqif oğlu, 1988-ci il təvəllüdlü, Saatlı rayon sakini Mikayılov Bəhruz Adil oğlu və eyni rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılova Aysel Aydın qızıdır. Digərləri isə Kürdəmir rayonundan bir ailənin üzvləridirlər. Onlar 1974-cü il təvəllüdlü Teymurov Məqsəd Altıxan oğlu, onun qızları 1994-cü il təvəllüdlü Aytac Teymurova və 1997-ci il təvəllüdlü Aysel Teymurova, həmçinin 1976-cı il təvəllüdlü Teymurova Mədət Yaqub qızı və 1976-cı il təvəllüdlü Teymurova Şəfəq Yaqub qızıdır.

Faktla bağlı araşdırma aparılır.


***
20.43
Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, rayonun Bərgüşad kəndi ərazisində üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Maşınlardan birinin “Mercedes”, birinin isə “Ford” markalı mikroavtobus olduğu bildirilir.


Maşınlardan biri yol kənarındakı səyyar satış məntəqəsini də dağıdıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb, onlardan birinin vəziyyəti çox ağır olduğundan hadisə yerindən təcili tibbi yardım maşını ilə Bakıya yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR