Azərbaycana atasının yasına gələn Rusiya vətəndaşı uçqun altında qalaraq ölüb

Azərbaycana atasının yasına gələn Rusiya vətəndaşı uçqun altında qalaraq ölüb
# 01 iyun 2012 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə hadisə bu gün səhər saatlarında İsmayıllının Qubaxəlilli kəndində qeydə alınıb.

Rusiya vətəndaşı olan və uzun illər Nijni Vartovsk şəhərində yaşayan, 1959-cu il təvəllüdlü Hüseynov Vidadi Abduləli oğlu bu günlərdə vəfat edən atasının yas mərasimində iştirak etmək üçün doğulduğu kəndə gəlib. Onun yas mərasimindən sonra atasının köhnə evini sökərək, yerində təzəsini tikmək istəyi isə faciə ilə nəticələnib. V. Hüseynov evin divarını sökərkən ehtiyatsızlıq edib və divar onun üzərinə aşıb. V. Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR