«Ümid-1» platformasında müasir qazma qurğularında çalışmağı bacaran mütəxəssislər üçün kurslar keçirilir

«Ümid-1» platformasında müasir qazma qurğularında çalışmağı bacaran mütəxəssislər üçün kurslar keçirilir
# 29 sentyabr 2012 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Ümid-1» platformasında quraşdırılmış müasir tələblərə cavab verən «Top drive» mexanizmi ilə təchiz olunmuş qazma qurğularında çalışmağı bacaran mütəxəssis çatışmazlığı nəzərə alaraq TTSİ-nin kadr hazırlığının təşkili mərkəzində yeni kurs təşkil olunub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, kurs Kompleks Qazma İşləri Trestinin sifarişinə əsasən «Top Drive» tipli qazma avadanlığı və katerpiller elektrik mühərriklərinin istismarı və təmiri üzrə beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq təcrübə qazanmış yerli mütəxəssislər tərəfindən beynəlxalq standartının tələb və şərtlərinə uyğun olaraq keçirilir.

Xüsusi texnologiyalara həsr olunmuş nəzəri hissə bitdikdən sonra dinləyicilərin «Ümid» strukturunda istehsalat təcrübəsi keçmələri nəzərdə tutulub. Kursda iştirak etmək üçün Kompleks Qazma İşləri Trestinin struktur bölmələrindən 14 nəfər cəlb olunub. Yeni kursda dinləyicilərə «Top Drive» avadanlığının təsnifatı, quruluşu və iş prinsipi, avadanlığın işlək vəziyyətə gətirilməsi, sınaqdan keçirilməsi, işlədilməsi və təmir işləri haqqında ətraflı məlumatlar veriləcək, kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sonda sertifikatlar təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR