On iki şagird iyunun 18-də keçirilən buraxılış imtahanlarından xaric edilib

On iki şagird iyunun 18-də keçirilən buraxılış imtahanlarından xaric edilib
# 19 iyun 2012 14:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarında 12 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə, imtahanın gedişinə mane olmağa və köçürməyə cəhd etdiyinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib.
TQDK sədri Məleykə Abbaszadə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi rayonlarında, eləcə də Ağcabədi rayonunun Taxtabaşı qəsəbəsində məskunlaşmış Laçın rayonu orta ümumtəhsil müəssisələri şagirdləri üçün yaradılmış imtahan mərkəzlərinə baş çəkib, buraxılış imtahanlarının gedişini izləyib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR