Türkiyə Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin geniş miqyaslı hərbi təlimləri başlayıb

Türkiyə Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin geniş miqyaslı hərbi təlimləri başlayıb
# 03 aprel 2012 08:38 (UTC +04:00)
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, aprelin 2-də başlayan təlimlərin əhatə dairəsi bu il genişləndirilib.
Belə ki, daha əvvəl Orta Anadolu səmalarında gerçəkləşən və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü aviabazasındakı, eləcə də NATO-nun İncirlik bazasındakı hərbi təyyarələrin qatıldığı təlimlərdə bu il ilk dəfə Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki gəmiləri də iştirak edir. Hərbi mənbələr bunun İsrail, Yunanıstan və ABŞ-ın Aralıq dənizinin şərqində keçirdiyi hərbi təlimlərə cavab olduğunu, Türkiyənin İsrail və yunan Kiprinə göz dağı verdiyini bildirirlər. Təlimlərdə Aralıq dənizində yaranacaq münaqişə zamanı hava və dəniz qüvvələrinin ortaq hərəkət etməsi sınaqdan keçirilir.
Hərbi təlimlər aprelin 13-nə qədər davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR