Biləsuvarda 31 yaşlı qadın çayda boğulub - FOTO

Biləsuvarda 31 yaşlı qadın çayda boğulub - <font color=red>FOTO</font>
# 07 aprel 2012 15:17 (UTC +04:00)
Biləsuvar. Əlibəy Zeynallı - APA. Biləsuvarda çaydan qadın meyiti tapılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Biləsuvar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, bu gün səhər saatlarında Biləsuvar rayonundan keçən Balharı çayında qadın meyiti tapılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, meyiti tapılan şəxs rayonun Həzi Aslanov küçəsində yaşayan Elyanə Vaqif qızı Bayramovadır.

Ehtimal olunur ki, qadının suda boğulmasına səbəb zibil atmağa gedərkən ayağının büdrəyərək suya yıxılması olub. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırmalar aparılır.

Qeyd edək ki, sabah Elyanə Bayramovanın 31 yaşı tamam olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR