Azərbaycanda qırmadaş zavodunun yeni istehsal xətti yaradılıb - FOTO
05 iyul 2012 07:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmir yolunun yenidən qurulması üçün tələb olunan qırmadaşın alınması üçün yeni istehsal xətti yaradılıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur. Bu günə kimi 94 km yol artıq təmir olunub. Təmir olunan yolların ballast qatını yaratmaq üçün qırmadaşdan istifadə olunur. Qırmadaşın bir qismini «Azərbaycan Dəmir Yolları» QSC-nin Göygöl rayonu ərazisində yerləşən Qızılca Qırmadaş Zavodu təmin edir.
Bu günlərdə zavodun ikinci istehsal xətti və yeni bunker istismara verilib. Tədbirdə «Azərbaycan Dəmir Yolları» QSC-nin və müəssisənin rəhbərliyi iştirak edib.
Qeyd edək ki, Qızılca Qırmadaş Zavodu 1959-cu ildən fəaliyyət göstərir və dəmir yolunun çınqıla olan tələbatını yerinə yetirir. Zavodun sutkalıq istehsal gücü 300-350 kubmetrdir. Keçən ildən başlayaraq müvafiq dövlət proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir olunması çınqıla olan tələbatı artırıb. «Yeni istehsal xəttinin və bunkerin istifadəyə verilməsi zavodun istehsal gücünü ikiqat artırmaqla yanaşı, əsaslı təmir olunan yolların ballast qatının böyük qisminin həmin məhsulla təminatına zəmin yaradacaq», - deyə məlumatda bildirilir.

İnfrastruktur
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
09:38
17 may 2024
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024