Salyan rayon Polis Şöbəsində və 5 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

Salyan rayon Polis Şöbəsində və 5 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
# 27 iyul 2012 14:13 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı Oisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Cəzaçəkmə müəssisəsiələrinin və polis müvəqqəti saxlama təcridxanalarının monitorinqi” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonu Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində və Salyan rayon Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirilib. Monitorini “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.

5 saylı cəzaçəkmə müəssisəsində monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Əvvəlki başçəkmələrlə müqayisədə CÇM-də əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilib.

Eyni zamanda məhkumlarla görüşlər keçirilib və onalar hüquqi yardım göstərilib. Salyan rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında monitorinq zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırılıbb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə baxış keçirilib. Təcridxanada saxlanılan şəxslərlə söhbət aparılıb. Hər iki monitorinqin nəticələri barədə rəy hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR