Xaçmaz rayonunda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda iki maşın toqquşub, xəsarət alanlar var
# 07 iyun 2012 15:17 (UTC +04:00)
Xaçmaz. Vəli Turnan – APA. Bu gün günorta saatlarında Gəndob - Yalama yolunun 18-ci kilometrliyində, Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Çarxı kənd sakini, 1961-ci il təvəllüdlü Kazımov Eynulla Nadirşah oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənov Saleh Gülbala oğlunun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə hər iki avtomaşının sürücüsü və “Ford”un sərnişinləri Sumqayıt şəhər sakinləri - 1963-cü il təvəllüdlü Nəcəfov Zahir Yıldız oğlu və 1975-ci il təvəllüdlü Ağayev Rövşən Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR