Bakıda quraşdırılmış yeni taksofonlar vasitəsilə mobil telefonlara zənglər ucuzlaşacaq
30 may 2012 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında quraşdırılmış yeni taksofonlar vasitəsilə mobil telefonlara zənglərin 1 dəqiqəsinin qiyməti 44,4% ucuzlaşdırılacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda sözügedən taksofonlardan mobil telefonlara edilən zənglərin 1 dəqiqəsinin qiyməti 18 qəpik təşkil edir. İyunun 1-dən etibarən isə bu qiymətlər 10 qəpiyə endiriləcək.
Qeyd edək ki, yeni taksofonlar vasitəsilə şəhərdaxili zənglərin 1 dəqiqəsinin qiyməti 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpik təşkil edir. Türkiyə, İran və Pakistan kimi ölkələrə zəngin 1 dəqiqəsi 45 qəpik, MDB və Baltikyanı ölkələrə 36 qəpik, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpik təşkil edir. Taksofonlar həm kartla, həm də qəpiklə işləyir. Eyni zamanda, bu taksofonlar vasitəsilə internetə qoşulmaq da mümkündür. Taksofonlardan həmçinin «bluetooth» vasitəsilə mobil telefona foto və musiqi yükləmək də mümkündür. Taksofonlarda «online» oyun və informasiya bölmələri də mövcuddur. Taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. mövcuddur. Yeni taksofonlarda internet xidmətlərinin 1 dəqiqəsinin qiyməti 2 qəpik, «bluetooth»dan birdəfəlik istifadənin qiyməti isə 20 qəpik təşkil edir. Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Bakı şəhəri ərazisində 60 yeni taksofon quraşdırılıb. Azərbaycan paytaxtında yeni taksofonların quraşdırılmasının birinci mərhələsi isə iyun aynıda başa çatdırılacaq.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024