Britaniya Dəməşqdəki səfirini geri çağırıb

Britaniya Dəməşqdəki səfirini geri çağırıb
# 06 fevral 2012 19:37 (UTC +04:00)
Bakı-APA. London Dəməşqdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.

Xatırladaq ki, daha öncə Vaşinqton Suriya hökumətinin təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə etiraz etməsi ilə bağlı Dəməşqdəki diplomatik nümayəndəliyini bağlayıb. Səfirliyin bütün əməkdaşları geriyə çağırılıblar.

ABŞ-ın Suriyadakı maraqlarını Polşa səfirliyi təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR