Ağcabədi rayon sakini qatarda ölüb

Ağcabədi rayon sakini qatarda ölüb
# 19 iyun 2012 13:31 (UTC +04:00)
Ucar. Elvin Yaqubov - APA. Ağcabədi rayon sakini Bakı-Balakən qatarında dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə iyunun 19-da gecə saat 2:00 radələrində qeydə alınıb. Qatarın kupesində Ağcabədi rayon sakini, 1952-ci il təvəllüdlü İsmayılov Zahid Baxış oğlunun dünyasını dəyişdiyi müəyyən edilib. Onun hansı səbəbdən öldüyü məlum deyil. Hazırda onun cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsi tərəfindən müayinə edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR