İsa Qəmbər Gürcüstana gedib

İsa Qəmbər Gürcüstana gedib
# 14 iyul 2012 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstana gedib.

Partiyadan APA-ya verilən məlumata görə, səfərdə İsa Qəmbəri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, “Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev müşayiət edir. Səfər zamanı partiya başqanı Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək 3 günlük konfransda iştirak edəcək. Konfransda Cənubi Qafqazda gedən proseslər və bu bölgənin Avropaya inteqrasiyası məsələlərinə dair müzakirələr aparılacaq.

Məlumat da o da qeyd olunub ki, Müsavat Partiyasının başqanının qurumun qurultayının Tiflisdə keçirilməsinə dair müzakirələrdə də iştirak edəcəyi istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR